Maliyyə Bazarlarına Nəzarət palatasının internet səhifəsi yaradılıb | Banco.az

Maliyyə Bazarlarına Nəzarət palatasının internet səhifəsi yaradılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi internet səhifəsi üçün www.fimsa.az ünvanı seçilib. Bu barədə "Report"a açıqlamasında Palatanın Direktor Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda sözügedən ünvandakı sayt test rejimində fəaliyyət göstərir. Burada hələ ki, yalnız MBNP-nın yaydığı press-relizlər, yerləşdiyi ünvan, telefon nömrəsi yerləşdirilib. Səhifənin tam olaraq nə vaxt istifadəyə veriləcəyi məlum olmasa da, bu məsələnin yaxın aylarda reallaşacağı gözlənilir.

Xatırladaq ki, MBNP Prezident İlham Əliyevin bu il, fevralın 3-də imzaladığı fərmanla yaradılıb. Qurum bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, sığorta və investisiya şirkətlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et