Maliyyə Bazarlarına Nəzarət Palatasında daha bir təyinat olub | Banco.az

Maliyyə Bazarlarına Nəzarət Palatasında daha bir təyinat olub

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində növbəti addım atılıb.

Palatadan "Report"a verilən məlumata görə, qurumun Bank fəaliyyətinə Nəzarət Departamentinin daxilində Bank olmayan kredit təşkilatlarına nəzarət İdarəsi yaradılıb. Bu idarənin rəisi vəzifəsinə isə Xəyyam İsmayılov təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, X.İsmayılov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının Kredit Təşkilatlarının fəaliyyətinə Nəzarət Departamentində böyük mütəxəssis kimi çalışıb.

Ən sərfəli krediti almaq üçün müraciət et