Maliyyə Bazarlarına Nəzarət Palatasına da bir səlahiyyət verilir | Banco.az

Maliyyə Bazarlarına Nəzarət Palatasına da bir səlahiyyət verilir

Bu gün Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Hazırda qüvvədə olan maddəyə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilərdisə, təkliflər qəbul olunacağı təqdirdə bu məlumatlar həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına da veriləcək. Qeyd edək ki, dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et