Maliyyə bazarındakı ən yüksək reytinqə sahib oldu | Banco.az

Maliyyə bazarındakı ən yüksək reytinqə sahib oldu

2007-ci ildən etibarən Azərbaycan sığorta bazarında fəaliyyət göstərən və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC beynəlxalq reytinq alıb. Uzun müddət davam edən danışıqların nəticəsi olaraq oktyabrın 17-də AM Best Rating Agentliyi “AzRe Təkrarsığorta” ASC-nin beynəlxalq reytinqini açıqlayıb. Şirkətin maliyyə sabitliyi “B+”, kredit reytinqi isə “BBB-” səviyyəsində təsdiqlənib. “AzRe Təkrarsığorta” ASC özünün yüksək maliyyə göstəricilərini qoruyub saxlamaqla, təhlükəli riskləri nəzərə alan düşünülmüş siyasəti nəticəsində belə yüksək reytinq almağa nail olmuşdur. Reytinq dərəcəsi AM Best-in istifadə etdiyi və özündə müxtəlif meyarları ehtiva edən “Best's Credit Rating Methodology”-nin qaydalarına uyğun müəyyən olunmuşdur. 
AM Best-in açıqlamasına görə “AzRe Təkrarsığorta” ASC-nin yüksək reytinqi onun yerli sığorta bazarında etibarlı təkrarsığortaçı nüfuzunu, yüksək kapitallaşma səviyyəsini, həmçinin, güclü və stabil maliyyə və anderrayting göstəricilərini əks etdirir. 
Xatırladırıq ki, “AzRe Təkrarsığorta” ASC-nə verilən bu reytinq dərəcəsi Azərbaycanın maliyyə bazarında ən yüksək reytinqdir. Reytinqin alınması şirkətin daha çox ölkələrdən və daha keyfiyyətli riskləri qəbul etməsinə imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et