Müəllif:Ayşən İmanova/Banco.az
Malayziyanın Rabitə və Multimedia Komissiyası “Telegram” və “WeChat” messencerlərindən ölkədə fəaliyyət göstərmək üçün lisenziya almağı tələb edəcək.
Banco.az xəbər verir ki, bu barədə “Malay Mail” qəzeti məlumat yayıb.
"Hər iki platformanın tezliklə Malayziyada fəaliyyət göstərmək üçün lazımi tələblərə cavab verəcəyi gözlənilir", - nəşr qurumun bəyanatından sitat gətirir.
Komissiya həmçinin bütün rəqəmsal xidmət təminatçılarını 2024-cü ilin sonuna qədər lisenziya almaq üçün müraciət etməyə çağırıb. Əks halda bu, bütün tərəflərin qarşısını almaq istədiyi tənzimləyici tədbirlərə səbəb ola bilər.