“Malayziya şirkətləri Qarabağın bərpası layihələrində iştirak etməyə hazırdır” | Banco.az

“Malayziya şirkətləri Qarabağın bərpası layihələrində iştirak etməyə hazırdır”

Malayziya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası layihələrində iştirak etməyə hazırdır.

Bu barədə jurnalistlərə Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Bin Yusof məlumat verib.

Onun sözlərinə görə, bu məsələdə Malayziya şirkətləri texnologiyalar, enerji, bərpa olunan enerji mənbələri və s. sahələrdə öz təcrübələrini təklif etməyə hazırdır.

Səfir bildirib ki, ümumilikdə Malayziyanın mövqeyi dəyişməz olaraq qalır və ölkəsi ərazi bütövlüyü məsələsində əvvəlki kimi Azərbaycanı dəstəkləyir.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et