Magistral qaz kəmərləri ilə 7343,9 milyon kub-metr qaz nəql edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz azalma müşahidə olunub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, qazın nəqlinin 48,8 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3586,2 milyon kub-metr qaz ötürülüb.
2024-cü ilin yanvar ayında nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 2587,3 min ton olub. Yüklərin 1174,1 min tonu və ya 45,4 faizi dəmir yolu nəqliyyatı, 819,2 min tonu və ya 31,6 faizi avtomobil nəqliyyatı, 594,0 min tonu və ya 23,0 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınan yüklərin 52,5 faizini və ya 1357,6 min tonunu tranzit yüklər təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!