Macarıstan Azərbaycana birbaşa xarici investisiyaları 95% artırıb | Banco.az

Macarıstan Azərbaycana birbaşa xarici investisiyaları 95% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr Macarıstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 260 milyon 644 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 94,9% və ya 126 milyon 888 min dollar çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 133 milyon 756 min dollar təşkil edirdi.

9 ayda Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Macarıstanın payı 5,5%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram