“Lufthansa” İtaliyanın flaqman avişirkətinin minoritar səhmlərini alır | Banco.az

“Lufthansa” İtaliyanın flaqman avişirkətinin minoritar səhmlərini alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın “Lufthansa” aviaşirkəti İtaliyaya məxsus “ITA Airlines”ın minoritar səhmlərini satın alır.

Banco.az xəbər verir ki, Almaniyanın aparıcı hava yolu şirkəti “Lufthansa” İtaliyanın flaqman aviaşirkəti “ITA”nın minoritar səhmlərini satın alacaq.

Bu barədə “Lufthansa Group” açıqlama verib.

Açıqlamada qeyd olunur ki, “Lufthansa”nın “ITA Airlines”a məxsus səhmlərin 41 faizini 325 milyon avro kapital artımı yolu ilə satın alması üçün İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi ilə razılıq əldə olunub.

İtaliya hökumətinin də əlavə 250 milyon avro ilə “ITA”nın kapital artımına töhfə verəcəyi vurğulanan açıqlamada alqı-satqı müqaviləsi başa çatdıqdan sonra baş menecer təyin edilməklə sözügedən aviaşirkətin italyanlarla birgə idarə ediləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, alqı-satqı Avropa İttifaqının (Aİ) idarəedici orqanı olan Avropa Komissiyası (AK) tərəfindən təsdiq edilməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et