Banco.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, "Unileasing" lizinq şirkəti yeni istiqraz emissiyasına hazırlaşır.
QKDK tərəfindən “Unileasing” lizinq şirkəti ASC -nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi |
AZ2007005195 |
Emissiyanın həcmi |
5 000 000 USD |
Yerləşdiriləcək istiqrazların sayı |
5000 ədəd |
Bir istiqrazın nominal dəyəri |
1000 USD |
İstiqrazların tədavül müddəti |
3 il |
İstiqraz üzrə faiz dərəcəsi |
12 % |
Faiz ödəniş dövrünün müddəti |
3 aydan bir |
Anderrayter |
“Unicapital” ASC |
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
“Unileasing” lizinq şirkəti ASC -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.