Müəllif - Aida İsaq, Banco.az
Litvada inflyasiyanın artması ölkə sakinlərinin əksəriyyətinin maliyyə vəziyyətinə təsir edib.
Banco.az xəbər verir ki, əhalinin 79%-i qiymət artımını hiss edib. İnflyasiya ölkə əhalisinin 47%-nin büdcəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Bu, litvalıların 28%-nin qeyd etdiyi kimi fakturaların vaxtında ödənilməsi ilə bağlı narahatlığa səbəb olur. Litva sakinlərinin 83%-i qaz, su və işıq kimi kommunal xərcləri ödəməyə üstünlük verir. Sorğunun nəticələrinə görə, litvalıların 35%-i xərcləri ödəməyə pullarının olmadığını etiraf edib.
“Intrum in Baltics” şirkətinin rəhbəri İlva Valeyka inflyasiya təzyiqinin avropalıların, o cümlədən Baltikyanı ölkələrin sakinlərinin maliyyə vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərdiyini qeyd edib. Bütün bunlar borcların yaranmasına və bütövlükdə iqtisadiyyat üçün daha çox problemlərə səbəb olan gecikmiş ödəniş risklərini artırır. İqtisadiyyatda bütün proseslərin bir-biri ilə bağlı olduğunu nəzərə alsaq, baş verən hər dəyişiklik istehlakçılara mənfi təsir göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!