Litecoin-in kod bazası dəyişdirildi - YENİLİK | Banco.az

Litecoin-in kod bazası dəyişdirildi - YENİLİK

Litecoin gündəlik istifadə üçün müraciət olunacaq ilk kriptovalyuta olmağa çalışır.

Bitcoin-in yaranmasından bir neçə il sonra Çarli Li öz kriptovalyutasını hazırladı. İşin inkişaf mərhələsi çox da çətin deyildi, çünki Li Bitcoin-in əsas kodunu alıb alqoritmlər yaradaraq yeni bir coin hazırlamaq üçün istifadə etdi.

Lakin illər keçdikcə Litecoin-in tərtibat qrupu bu kriptovalyutaya yeni xüsusiyyətlər əlavə etmək üçün mübarizə aparmağa başladı. Onu da qeyd edək ki, Litecoin layihəsi kod bazasının əsası yenilənmişdir və ümumi təftişdən sonra buraxılmağa hazırlanırdı.

2017-ci ilin sonlarında Litecoin qiymətinin 371 dollara yüksəlməsi ilə kriptoserverlərin diqqətini cəlb etmişdi. Litecoin 2017-ci ildə 5280 % artım yaşayaraq o dövrdə Bitcoin-in 1400 %-lik artımını belə geridə qoymuşdu. Hazırda sözügedən coin bazardakı proseslərdən dolayı 150 dollar civarında müəyyən olunur.

Litecoin eyni zamanda bəzi müzakirələrin mövzusu idi. Bəziləri Çarli Lini tanınmış kriptovalyuta birjası “Coinbase”-ə öz kriptovalyutasını əlavə edilməsi üçün təzyiqlər etməkdə günahlandırırdı. Li daha sonra ictimaiyyətə verdiyi açıqlamada coinin zirvəyə çatdığı vaxtlarda bütün aktivlərini satdığını bildirmişdi.

Litecoin-in nüvə prosessoru Bitcoin-inkinə çox bənzəyir. Bitcoin-i Bitcoin Cash-dən belə yaxşı təqlid edir. Məsələn, Bitcoin Cash “Segregated Witness” yenilənməsini ehtiva etmir, halbuki Litecoin bu xüsusiyyəti Bitcoin-dən belə əvvəl tətbiq etmişdi.

Litecoin-in əsas məqsədi kriptovalyutaların ödəniş formalarına uyğun olmasıdır – bu da Bitcoin-in çətinlik çəkdiyi bir xüsusiyyətdir.

“LitePay'” təqdim olunmasıyla bir çox tacir ödənişlərin Litecoin-lə həyəta keçirilməsi üçün çalışır. Çarli Li hazırda Litecoin-in dəstəkçisi olan prosessorların siyahısını hazırlamışdı. Siyahıda “Aliant Payments”, “BTCPay”, “BitcoinPay” kimi ödəmə platformaları yer alırdı.

Ticarətçi prosessorlar:

“Aliant Payments”

“BTCPay”

“BitcoinPay”

“Coin Gate”

“Coin Payments”

“Cointopay”

Ən sərfəli kredit üçün müraciət et

“GoCoin”

“LitePal”

“LitePay”

…və daha çoxu mövcuddur!

#Litecoinləödəyin

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az