Li Ka Shing: "$100 investisiya etmək asandır. Amma onu səhmdara qaytarmaq dəfələrlə çətindir" | Banco.az

Li Ka Shing: "$100 investisiya etmək asandır. Amma onu səhmdara qaytarmaq dəfələrlə çətindir"

Forbes jurnalının 100 illiyi münasibəti ilə honkonqlu biznesmen və xeyriyyəçi, Asiyanın ən nüfuzlu iş adamlarından biri Li Ka Shing sağlam mühakim (düşüncəlilik) haqqında fikirlərini paylaşıb.

Mənim istehsalat sahəsindəki təcrübəm mənə çox vacib bir şey öyrədib: pul vəsaitlərinin dövriyyəsi hər bir şirkətin əsas onurğa sütunu, həmçinin onun işıqlı gələcəyini nzəmanətidir. 1999 və 2000-ci illərdə, hər kəs düşünürdü ki, 3G şəbəkələrinin Avropada inkişafı – qızıl küpü kimi bir şeydir, amma bu səs-küy əsassız idi. Tezliklərin satışı üzrə auksion boyunca mən öz komandama tapşırdım ki, proqnozlaşdırılan vəsait miqdarını kənara itələsinlər və hər bir qərarı incə-incə götür qoy etsinlər.

Mən bilirdim ki, hər kəs məni çox mühafizəkar biri kimi tanıyır və mənim göstərişimi ən yaxşı formada yerinə yetirməyə çalışır. Amma hətta üstündən müəyyən zaman keçəndən sonrabizim telekommunikasiya şirktələrimiz bazarın güclü oyunçuları olaraq qalır, halbuki auksionun gedişində sövdələr imzalamış bir neçə kompaniya hələ də yerində sayır.

Ən sərfəli kredit üçün müraciət et

100 dollar məbləğində çek imzalayıb, onları investisiya etmək – sadədən də sadə bir işdir. Daha çətin isə həmin pulu səhmdarlara qaytara bilməkdir.

Ona görə də mənim qəti əminəm ki, biznesdə addımları çox ehtiyatla və “yüz ölçüb birbiçərək” etmək lazımdır. Tərəddüdlər dövründə rifaha nail olmaq üçün, düçüncəli olmaq,dəyişikliklərə adaptasiya etmək və həmçinin yeni nəsə yaradaraq, tətbiq etmək lazımdır.

Ли Кашин