LG yeni cihazlarını "rəqəmsal influencer" ilə təqdim etdi | Banco.az

LG yeni cihazlarını "rəqəmsal influencer" ilə təqdim etdi

Tamara Mustafayeva, Banco.az

Xüsusilə də koronavirus pandemiyası səbəbilə tədbirlərin və təqdimat mərasimlərinin onlayn keçirilməsi ilə rəqəmsal influencer-lərə maraq daha da artıb. 

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "CES 2021" sərgisinin onlayn formatda keçirilməsi səbəbilə texnologiya şirkəti LG də yeni məhsullarını insanlarla yanaşı rəqəmsal influencer ilə təqdim edib.

Koreyanın texnologiya nəhəngi LG müəyyən səthlərin dezinfeksiya edilməsi üçün istifadə edilən yeni CLOi robotunu Reah Keem adlı rəqəmsal influencer vasitəsilə təqdim edib. Keem həmçinin yaradıcı insanlar üçün dizayn edilən yeni dizüstü noutbuku və Ultrafind OLED Pro 4K monitorunun 2021 seriyasını da bu mərasimdə təqdim edib.

O, təqdimat əsnasında eynilə insanlar kimi konsertlər üçün səyahət etməkdən ötrü darıxdığını söyləyib. Keem tərəfindən həyata keçirilən təqdimat onun insan deyil rəqəmsal avatar olduğunu nəzərə alsaq, olduqca qənaətbəxş hesab edilə bilər.

Həmçinin oxu: Apple firmasından sonra LG də avtomobil bazarına daxil olacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram