LG və Hyundai əməkdaşlığa başladı | Banco.az

LG və Hyundai əməkdaşlığa başladı

Tamara Mustafayeva, Banco.az

LG Electronics və Hyundai Motor ötən həftənin cümə günü IONIQ konsepsiyalı kabinanı təqdim edib. Hər iki şirkətin də istehlakçı rahatlığı və şəxsi elektrik avtomobili mövzusundakı peşəkarlığını birləşdirən müştərək layihə olan IONIQ konsepsiyalı kabina salonu geniş olan elektrik avtomobillərin salonlarından maksimum faydalanmağı nəzərdə tutur.

Sözügedən kabina avtomobilin salonunu həqiqətən də "evdən uzaqda ev"-ə çevirən bir sıra imkanlarla təchiz edilib. Məsələn, səhər işə gedənlər üçün bir fincan kofe hazırlayıb təqdim edən kofe maşını, şəxsin gedəcəyi yerə çatmazdan əvvəl hər hansı bir səbəbdən islanmış ayaqqabılarını qurudan divanının alt hissəsindəki bölmə, sürüş əsnasında paltarları təmiz və qırışsız saxlamağa xidmət edən qardirob, içkiləri soyuq saxlayan mini soyuducu bu konsepsiya daxilində istifadəçilərə rahatlıq təmin edən ünsürlərdəndir.

Konfort və rahatlıqdan başqa IONIQ konsepsiyalı kabinanın ən diqqət çəkən xüsusiyyəti avtomobilin tavanının əksər hissəsini əhatə edən elastik OLED ekrandır. Avtomobilin arxa oturacağındakı sərnişinlər daha yaxşı görünüş üçün intuitiv əl hərəkətləri ilə ekranın əyrilik dərəcəsini tənzimləyə bilirlər. 77 düymlük geniş OLED ekran arxadakı hər iki sərnişinin eyni anda fərqli video izləməsini təmin etmək üçün ikiyə bölünə bilir. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Hyundai elektrik avtomobilləri üçün yeni marka yaradır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et