Tamara Mustafayeva, Banco.az
Cənubi Koreyanın transmilli avtomobil istehsalçısı Hyundai Motors ancaq elektrik avtomobilləri üzrə ixtisaslaşacaq yeni marka yaratmağa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən markanın adı mövcud modellə eyni adı daşıyacaq - Ioniq hatchback. Belə ki, elektrik avtomobil olan bu model qarşıdakı dörd il ərzində bazara çıxarılması planlaşdırılan digər üç modellə birlikdə vahid markaya çevriləcək.
Üç Ioniq modeldən ikisi əvvəlki Hyundai avtomobillərindən yola çıxılaraq istehsal ediləcək. İlk dəfə 2021-ci ildə buraxılacaq Ioniq 5 modeli Hyundai 45 konsepsiyasına əsaslanacaq. 2019-cu ildə Frankfurtda keçirilən Avtomobil Sərgisində tanıdılan Hyundai 45 Hyundai Pony modelindən ilhamlanaraq hazırlanan retro görünüşlü hetçbek avtomobilidir. Bu avtomobil Pony modelinin istehsal edilməsinin 45-ci ildönümündə tanıldıb, elə modelin adı da buradan qaynaqlanır.
2022-ci ildə Ioniq 5 modelini bu ilin əvvəllərində bazara çıxarılan Hyundai Prophecy konsepsiyasına əsaslanacaq sedan avtomobili Ioniq 6 izləyəcək. Prophecy Hyundai 45 modelinin əksinə futuristik və dəbdəbəli görünüşə sahibdir.
2024-cü ildə isə seriyanın sonuncu modeli olan Ioniq 7 buraxılacaq. Bu model mövcud konsepsiyaya əsaslanmayacaq. Şirkət avtomobilin böyük SUV (idman avtomobili) modeli olacağını açıqlasa da, ətraflı məlumat verməyib.
Həmçinin oxu: Bu məşhur avtomobil şirkəti ilk elektrik avtomobilini təqdim etdi
Bizi sosial şəbəkələrdən izləyin!!