Larinin manata qarşı məzənnəsi bu ilin ən aşağı həddinə düşüb | Banco.az

Larinin manata qarşı məzənnəsi bu ilin ən aşağı həddinə düşüb

Aprelin 15-də Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,8% azalaraq 0,4928 manat təşkil edib. Larinin məzənnəsinin son beş ilin minimumda qalması ilə yanaşı, həm də bu il manata qarşı ən aşağı səviyyəyə enib.

Larinin bundan aşağı dəyəri sonuncu dəfə 2015-ci ilin 18 dekabr tarixində qeydə alınmışdı – 0,4385 manat.

Qeyd edək ki, son 5 ildə larinin manata qarşı məzənnəsi ən yüksək həddə 2016-cı ilin avqustun 22-də çatmışdı – 0,7179 manat.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0357 manata, 1 türk lirəsi 0,2103 manata, yüksəlib, 1 Rusiya rublun məzənnəsi isə 0,0223 manata enib.

Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 2,0235 lariyə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et