Külək nəticəsində avtomobil və evlərə dəyən zərəri kim ödəməlidir? | Banco.az

Külək nəticəsində avtomobil və evlərə dəyən zərəri kim ödəməlidir?

Bakıda ötən gün başlayan güclü külək bir sıra fəsadlar törədib. Nəticədə 100-ə yaxın irigövdəli ağac və ya budaqları aşıb. Aşan ağaclar 10 avtomobilə zərər vurub. Bir neçə binanın isə damı və fasadı dağılıb.

Bəs güclü külək səbəbindən daşınmaz əmlaka və ya avtomobilə dəyən zərər sığorta təminatına daxildirmi?

Sığorta mütəxəssisi Əli Bayramov məsələ ilə bağlı açıqlamasında bildirib ki, istər avtomobillər, istərsə də daşınmaz əmlak üçün küləyin vurduğu ziyan adətən sığorta təminatına daxil edilir.

“Bəzi hallarda, xüsusilə daşınmaz əmlakların sığortlanmasında küləyin sürət həddi nəzərə alınır. Əgər külək müəyyən edilən sürət həddinə çatmayıbsa, bu halda əmlaka dəyən zərər sığortalanmaya daxil edilmir. Külək Bakıya xas bir təbiət hadisəsidir. Bu səbəbdən insanlar mütləq şəkildə küləyin törədə biləcəyi riskləri nəzərə almalıdırlar” - deyə, o qeyd edib.

Mütəxəssis, həmçinin bildirib ki, avtombillərdə bununla bağlı vəziyyət fərqlidir.

Ən sərfəli kredit üçün müraciət et

"Avtomobillərə zərər dəyən zaman küləyin surəti nəzərə alınmır. Külək nəticəsində istər ağac, istərsə də hər hansı başqa bir predmetin avtomobilin üzərinə düşərək fəsad törətməsi sığorta təminatına daxil edilir”.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et