Dünyada kripto bankomatların (ATM) sayı nə qədərdir? | Banco.az

Dünyada kripto bankomatların (ATM) sayı nə qədərdir?

 CoinATMradar.com-ın 31.01.2020 tarixinə olan məlumatına əsasən dünyada 6.704 ədəd kripto ATM mövcuddur. Ümumilikdə kripto-bankomatların 65%-də kriptovalyutaları yalnız almaq, 35%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 67.6%-i Litecoin, 59.9%-i Ethereum, 33.2%-i Bitcoin Cash, 21.1%-i Dash, 2.8% Monero, 1.2%-i Zcash dəstəkləyir

image

Bankomatların 74.7%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 4734, Kanada- 755, Böyük Britaniya- 308, Avstriya- 180, İsveçrə-83, İspaniya-82, Çexiya-72, Yunanıstan-68, Almaniya-66, İtaliya-55, Kolumbiya-56, Polşa-55, Rusiya-49, Slovakiya-40, Macarıstan-41, Rumıniya-39, Niderland-44, Avstraliya-23, Ukrayna- 16, Gürcüstan-16.

     Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (33.3%), General Bytes (32.1%) və Lamassu (7.1%) ümumi bazarın 72.5%-nə sahibdir. Bankomantların sayı illər üzrə:

  • 2015 – 503 ədəd
  • 2016 – 954 ədəd
  • 2017 – 2028 ədəd
  • 2018 – 4109 ədəd
  • 2019 – 6387 ədəd.

image (1)

Ən sərfəli kredit üçün müraciət et

     Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

fb86023d6ekriptoinvest.az

Ən sərfəli krediti almaq üçün müraciət et