"Kreditlərin restrukturizasiya vaxtını uzatmaq məqsədəuyğun olardı" | Banco.az

"Kreditlərin restrukturizasiya vaxtını uzatmaq məqsədəuyğun olardı"

"Azərbaycan banklarında vaxtı ötmüş kreditlərin restrukturlaşmasına dair 2019-cu ilin sonunadək bağlanan müqavilələrin vaxtını müddətsiz uzatmaq məqsədəuyğun olardı".

Bu fikri “VTB Azerbaijan” bankının İdarə Heyətinin sədri Yevgeniy Kivrin deyib.

“Məsələn, üzürlü səbəblərdən banka vaxtında müraciət edə bilməyən müştərilərə güzəşt tətbiq oluna bilər. Kreditlərin restrukturlaşması üçün mövcud güzəştli şərtlər (illik 1 faizlə 5 il müddətinə ödəmə, borcun əsas hissəsini 1 ildən sonra ödəmək imkanı) nəzərə alınsa, səliqəli bocalan təyin olunmuş müddətdə müraciət edə bilər”, - o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bank rəhbəri “Bank VTB”nin restrukturlaşma zərfi 19,9 milyon manat məbləğində 5,7 min müqavilə, yəni müqavilə sayı baxımdan 56 faiz, restrukturlaşdırılan kreditlərin məbləği baxımdan da 52 faiz olduğunu diqqətə çatdırıb.

“Vaxtı ötmüş kreditlər üzrə təminat ödəmələrinə gəlincə, bankımız nəzərdə tutulan vəsaitin 98 faizini artıq ödəyib, qalan 2 faiz də təzminat üçün müraciət gəlmədiyi kreditlərin payına düşür”, – bank rəhbəri qeyd edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et