Kreditlər can almaqda davam edir | Banco.az

Kreditlər can almaqda davam edir

Bu il Azərbaycanda intihar hadisələrinin sayı ötən illərlə müqayisədə kəskin artıb və əsas ortaq cəhət kimi, insanları sıxan maddi durum göstərilir.

Ötən gün, 10 Avqust 2015-ci il tarixində daha bir gənc canına qıyaraq, özünü Dənizkənarı Milli Park ərazisində dənizə ataraq intihar edib. Hadisə qurbanı – Ağayev Pərvinin 5 müxtəlif banka kredit borcu olduğu və intiharın da əsas səbəbinin bununla bağlı olması ehtimal kimi irəli sürülür.

Qeyd edək ki, bu, ölkədə il ərzində bu səpkidə baş vermiş ilk intihar hadisəsi deyil, amma ümid etmək istərdik ki, sonuncusudur.

Məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyev də öz fikrini bildirib;

“Kreditə görə özünü öldürmək çıxılmaz vəziyyətdir, ümidsizlikdir. Onun zərbəsi təkcə özünü öldürənə və onun ailəsinə dəymir. Həm də vaxtilə xeyirxahlıq göstərib razılıq vermiş zaminə dəyir. Özünü öldürmək krediti ödəmək məsuliyyətindən azad etmir. Girovsuz kreditdirsə onu zamin ödəməli olacaq. Heç olmazsa zamini fikirləşmək lazımdır”

Vüqar Bayramov isə hesab edir ki, yalnız zəruri xərclər üçün kredit götürmək yolveriləndir.

“Borc götürən zaman vətəndaş ilk növbədə fikirləşməlidir ki, bu borcu qaytarmaq imkanına malikdir, yoxsa deyil.  Bu halda məsuliyyət ilk növbədə kredit götürən şəxsin üzərinə düşür. Vətəndaş bilməlidir ki, intihar heç bir zaman çıxış yolu ola bilməz.  Borcu geri qaytarmaqla bağlı problemlə üzləşdikdə isə, vətəndaş banka müraciət edərək, güzəştlərin əldə olunmasına çalışmalıdır. Təcrübə göstərir ki, əksər belə hallarda borcalanlar güzəştlərə nail ola bilirlər. Vətəndaşlar öz ödəmə qabiliyyətlərini öyrəndikdən sonra kredit götürməyə qərar verməlidir. Həmçinin, yalnız məcburi xərclər üçün kredit götürməlidirlər. Yəni istirahət, toy və s kimi məqsədlər üçün qəti şəkildə borc götürmək olmaz.”

Ən sərfəli kredit üçün müraciət et

Banco.az olaraq, insanları daima maarifləndirməyə və intiharın çıxış yolu olmadığına inandırmağa çalışırıq. Çünki intiharla nə özünə nə də ailənə kömək etmiş olmursan.

Kredit xəstəliyi: Diaqnoz və müalicə

Kredit götürən şəxs vəfat edərsə, borcun aqibəti necə olacaq?

Bəs intihar edənlərin kreditini kim ödəyəcək?

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et