Müəllif: Bank işi üzrə mütəxəssis, Daşqın Həmidzadə
Pula ehtiyacımız yarandığı təqdirdə üz tuta biləcəyimiz ən uyğun yerlərdən biri banklardır. Çünki, bank borcu faizlə bir yerdə versə də müraciət edəni az hallarda əliboş qaytarır. Belə olan halda insanlar ehtiyaclarını ödəyə bilmək üçün özlərinə dost olaraq Kredit təşkilatlarını (Bank və BOKT-lar) seçirlər. Lakin bank və BOKT-larda kredit şərtləri müxtəlifdir və hər bir bank bu şərtləri öz kredit strategiyasına uyğun müəyyənləşdirir. Bu isə öz növbəsində borcalanın götürəcəyi krediti araşdırmasına və digər banklarla müqayisə etməsinə zəmin yaradır. Sözsüz ki , əvvəllər kredit götürmüş şəxslər kredit üçün heç vaxt banka müraciət etməmiş şəxslərə nisbətən kreditl’r haqda daha çox məlumatlıdırlar. Ancaq ilk dəfə və ya tam əksinə olaraq bir neçə dəfə kredit götürməyimizdən asılı olmayaraq kreditə müraciət etdiyimiz zaman aşağıda qeyd edilənlərə fikir verməklə bizim üçün daha uyğun olan variantı seçə bilərik.
1. Kreditin illik faiz dərəcəsi - Azərbaycan Mərkəzi Bankının bank və BOKT-lara istehlak kreditləri üzrə tutulan komissiya haqqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırmasının ardından demək olar ki, bu növ kredit verən bank və BOKT-lar kredit şərtlərini dəyişməyə məcbur qaldılar və kreditin illik faiz dərəcələrində nəzərə çarpacaq dərəcədə fərqlər əmələ gəlməyə başladı. Hal-hazırda istehlak kreditləri bazarını araşdırsaq aylıq annuitet faiz dərəcəsinin təxmini olaraq 2-4 % (illik 24-48%) arasında dəyişdiyinin şahidi olarıq ki, bu da 1000 Azn 12 aylıq götürülmüş kreditdə illik 150 manata qədər fərq edir.
2. Kreditin valyutası – Əslində kredit götürən şəxslər bu ilin fevralınadək kredit götürərkən bu məsələyə fikir verməsə də fevral ayında baş vermiş 33.4%-lik devalvasiya borcalanları kredit götürərkən onun valyutası barədə də düşünməsinə məcbur etdi. Banklar kreditinvalyutasını öz risklərini qiymətləndirirək təklif etdiyi halda kredit üçün müraciətetmiş şəxslər isə öz növbəsində krediti öz gəlirlərinə uyğun valyuta ilə götürməyin seçimini etmək barədə düşünürlər.
3. Müddət və Məbləğ– Ümumiyyətlə banka kredit üçün müraciət etməzdən öncə mütləq özümüz üçün ehtiyac olan pulun miqdarını və aylıq nə qədər pul ödəyə biləcəyimizi götürqoy etməliyik. Çünki artıq puldan zərər gəlməz deyərək ehtiyacımızdan artıq götürdüyümüz məbləğə görə həm artıq faiz və komissiya xərci ödəyirik həm də aylıq ödəniş məbləği biraz aşağı düşsün deyə daha uzun müddətli kredit götürmək məcburiyyətində qalırıq.
Nəticə olaraq kreditin uzun müddətli olması artıq götürdüyümüz məbləğə görə ödədiyimiz xərclərdən əlavə həmdəartırılmış müddətə görə artıq pul ödəməyimizə və bir nöqtədən sonra kredit ödəməkdən bezib psixaloji gərginlik keçirməyimizə səbəb olur.
Müraciət zamanı borcalanın tələb etdiyi kredit məbləğinin bank tərəfindən verilib-verilmədiyi də borcalanı düşündürən əsas səbəblərdən biridir. Məsələn: Dostunun satdığı və qiyməti 10000 Azn olan avtomobili əldə etmək məqsədilə aylıq ödəniş qabiliyyəti 400 Azn olan borcalan , annuitet aylıq faiz dərəcəsi 2% olan banka müraciət edərək 10000 Azn 36 aylıq (aylıq ödəniş 392 Azn) kredit götürmək istəyir. Lakin bank 7000 Azn 24 aylıq (aylıq ödəniş 370 Azn) kredit təklif edir. Borcalan bu halda 7000 Azn-lə həmin maşını ala bilməcəyini və əlavə olaraq yenədə borclanmalı olacağını və əlavə borcalanarsada ödəniş qabiliyyətinin az olması səbəbindən borcun geri ödənişlərində problem yaşaya biləcəyini düşündüyündən kreditdən imtina edir.
4. Geri ödəniş şərtləri və rahatlığı – Kredit götürən zaman borcalanların fikir verməli olduğu məsələlərdən biridə bankın kreditin geri ödənişlərdəki siyasətidir. Belə ki, kredit götürərkən bütün şərtlərdən çox məmnun qalsanız belə krediti ödəyərkən və ya vaxtından öncə krediti təmamilə bağlayarkən xoşəgəlməz problemlərlə qarşılaşmaq mümkündür. Belə ki , kredit götürdüyünüz bəzi bank və BOKT-larda kreditin bir neçə ayını əvvəlcədən ödəyə və ya krediti ödəniş cədvəlində nəzərdə tutulmuş qrafikdən öncə təmamilə bağlaya bilməzsiniz. Hətta bir çox bank və BOKT-larda bank proqramının çox zəif olması səbəbindən vaxtında ödənilmiş kreditinizin gecikməyə düşməsi hallarına da rast gələ bilərsiniz.
5. Müştəri məmnuniyyəti və Operativlik – Krediti götürmək üçün yuxarıda sadaladığımız əsas fikir verməli olduğumuz 4 səbəbdən daha da vacibi bank və BOKT-lardakı müştəri məmnuniyyətidir.Çünki borcalan hansı bankdan daha asan, daha tez və süründürməçiliyə məruz qalmadan kredit götürə bilirsə həmin bank və ya BOKT-a da müraciət edir.Hətta ola bilər ki, bank və ya BOKT-unoperativliyi və xidməti yüksək səviyyədə olsun, lakin Kredit mütəxəssisi fərd olaraqözünü borcalandan üstün tutarsa və münasibəti düzgün qurmazsa,borcalan şərtləri ağır olsa belə başqa bir banka müraciət edəcəkdir. Bu səbəbdən də bank və BOKT-lar borcalanlarla qarşı daha üstün və operativ xidmət nümayiş etdirməli, borcalanlarla birbaşa əlaqədə olan əməkdaşlar isə öz növbəsində daha səmimi, daha mədəni və daha səbirli olmalıdırlar.
Ümumiyyətlə isə kredit əldə etməyin ən asan yolu onu online sifariş etməkdir. Bu zaman sizin müxtəlif kreditləri və bankların operativliyini eyni anda yoxlamaq imkanınız var.