Kredit kartları üzrə borclar depressiya yaradır | Banco.az

Kredit kartları üzrə borclar depressiya yaradır

Kredit kartları üzrə qısamüddətli borcları olan insanlar və ya ödənilməmiş hesabları olanlar depressiya əlamətlərini daha tez-tez hiss edir, nəinki heç bir borcu olmayanlar. Belə bir nəticəyə ABŞ-ın Viskonsin Universiteti nəzdində fəaliyyət göstərən "Yoxsulluğun öyrənilməsi" institutu və Maliyyə təhlükəsizliyi mərkəzinin tədqiqatçıları gəlmişdir, onların araşdırması Household Debt and Adult Depressive Symptoms in the United States adlanır.  

İqtisadçılar 1987-1989-cü illərdə və 1992-1994-cü illərdə ABŞ-da əhali arasında aparılmış sorğunun nəticələri araşdırıblar, məhz həmin dövrdə təminatsız borcların həddi yüksək templər ilə artırmış. Digər suallar ilə yanaşı respondentlər həmçinin həftə ərzində neçə gün depressiya simptomları hiss etdikləri barədə suallara da cavab verirmiş, məsələn zəif yuxu, apatiya hissi, vacib məsələlərdə konsentrasiya ola bilməmək.

Belə məlum olub ki, qısamüddətli borcu olanlar əzgin vəziyyətə düşməyə daha çox meyllidir, yəni kimin ki kredit kartı üzrə borcu və ya 2 aya yaxın müddətdə ödənilməmiş qalan bir hesabı varsa. Borc və psixoloji gərginlik halı arasındakı bağlılıq özünü 51-64 yaşlı insanlarda, həmçinin evli və ya ailəli olmayan şəxslərdi daha qabarıq büruzə verir. Tam orta təhsildən yuxarı təhsil səviyyəsi olmayan borcalanlar da, o cümlədən, depressiyaya daha meylli olurlar.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı tədqiqatçıları orta müddətli (istehlak və avtomobil) və uzun müddətli (mənzil kreditləri və ya təhsil kreditləri) borcları ödəyən insanlarda depressiya tendensiyası müşahidə etməyiblər. Alimlər bunu onunla izah edir ki, kredit kartları üzrə borclar pulların dərhal xərclənməsi üçün olduğundan daha yüksək faizləri və gecikdirməyə görə ağır cərimələri olur. Uzunmüddətli kreditlərə isə insanlar vəsait yatırımı kimi yanaşırlar.   

 «Məsələn, ipoteka uzunmüddətli, hətta ömürlük bir aktiv alınması kimi nəzərdən keçirilə bilər, təhsil kreditləri isə - insan kapitalına edilən investisiyadır. Belə olduqda, insanlar gələcəkdə gəlirlərin atımına xidmət edən və ya daşınmaz əmlak kimi mülk sahibliyi ilə nəticələnən borca optimist yanaşır. Lakin aktivlərin və biliklərin artımına təsir etməyən borclara görə isə özlərini əzgin hiss edirlər»  tədqiqat müəllifləri yazır.

Ən sərfəli krediti almaq üçün müraciət et