Kredit götürmək üçün iş yerindən arayışa ehtiyac olmayacaq | Banco.az

Kredit götürmək üçün iş yerindən arayışa ehtiyac olmayacaq

Yaxın vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və “Bank of Baku” vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsinə dair birgə əməkdaşlığa başlayacaqlar.

Bunu MHM-nin direktoru Nail Mərdanov bildirib.

Onun sözlərinə görə, “Bank of Baku”nun əməkdaşlarına banka müraciət etmiş hər bir müştərinin yazılı razılıq ərizəsi əsasında “Elektron Hökumət” portalı üzərindən “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış” xidməti vasitəsilə vətəndaşın seçdiyi dövlət qurumlarının informasiya ehtiyatlarından onun haqqında fərdi məlumatların əldə olunmasına şərait yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, kredit almaq arzusunda olan şəxs özü haqda fərdi məlumatları “Elektron Hökumət” portalından qeydiyyatdan keçməklə özü formalaşdıracaq və banka göndərə biləcək.

N. Mərdanov qeyd edib ki, gələcəkdə başqa banklarla da bu sahədə birgə əməkdaşlıq etmək nəzərdə tutulub.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et