Kredit faizləri araşdırılır | Banco.az

Kredit faizləri araşdırılır

"Bankların müştərilərinə təklif etdiyi kredit faizləri araşdırılacaq". 

Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yeni iqtisadi çağırışlarla bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən banklara tövsiyyə edib ki, kredit faizləri aşağı salınsın. Komitə sədri bildirib ki, AMB kredit faizlərinin dərəcəsini banklarla müzakirə edəcək: 

"Bankların müştərilərinə verdiyi kreditlərin faiz dərəcələri rentabelli səviyyəyə gətiriləcək. Bu addımın məqsədi əhalinin yeksək kredit faizlərinə görə çətinlik çəkməsinin qarşısını almaqdır", - deyə Z.Səmədzadə bildirib. 

Qeyd edək ki, AMB idarə heyətinin sədri Elman Rüstəmov da bir neçə gün öncə mətbuata verdiyi açıqlamada faiz dərəcələrinin aşağı səviyyəyə salınması üçün işlər görüldüyünü bildirmişdi

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et