Kredit borcuna görə bank maaş kartındakı vəsaiti tam tuta bilərmi? - ARAŞDIRMA | Banco.az

Kredit borcuna görə bank maaş kartındakı vəsaiti tam tuta bilərmi? - ARAŞDIRMA

Bu məqalədə Banco.az-a ünvanlanan növbəti suala cavab verəcəyik.  

Sual belədir: Kredit borcuna görə bank maaş kartındakı vəsaiti tam tuta bilərmi? Ümumiyyətlə, bankların belə hüququ varmı?

Həmçinin oxu: 

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov dedi ki, bankın vətəndaşın maaşını tam tutmaq kimi bir hüququ var:

"Yəni, həm Mülki Məcəlləyə, həm də "Banklar haqqında qanun"a görə buna heç bir məhdudiyyət yoxdur.

Buna görə də, banklar müqavilələrində bir qayda olaraq qeyd edirlər ki, vətəndaşın vaxtı ötmüş borcu olarsa, bank bunu vətəndaşın digər hesablarından – maaş, pensiya kartından tam tuta bilər.

Bu müddəanın müqavilədə olmasında və həyata keçirilməsində heç bir qanun pozuntusu yoxdur".

Hüquqşünas bildirib ki, ötən ilin sonunda Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyaları bu məsələyə baxdı. Onların qərarı belə oldu ki, bank maaşı tam tuta bilməz, yəni 20% tuta bilər. Çünki Əmək Məcəlləsində belə yazılıb: "Lakin Əmək Məcəlləsində yazılan maddələr işəgötürənə aiddir. Bank isə işəgötürən deyil.

Bu zaman vətəndaş bankı məhkəməyə versə də, bütün bu prosseslər zamanı bank yenə də maaşdan tutmağa davam edəcək. 

Məsələ ilə bağlı Konstutisiya Məhkəməsi başqa bir qərar verdi. Qərara görə, bank maaşın yalnız 50%-ni tuta bilər. Bunu da "İcra haqqında qanun"a istinad edərək qəbul etdi.  Əgər vətəndaşın borcu və məhkəmənin qərarı varsa, maaşının 50%-i tutula bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bunun da məsələyə aiddiyəti yoxdur. Çünki "İcra haqqında qanun" məhkəm qərarının icrasına aiddir. Yəni, tərəflər arasında imzalanmış müqavilə var və buna görə də bank maaşı tutur. Burada heç bir qanunu pozmur.

Konstutisiya Məhkəməsinin və Ali Məhkəmənin qərarı səmərəsizdir". 

Bəs bu qərarlar necə olmalı idi? Vətəndaş belə olan hallarda nə etməlidir?

Ə. Həsənov qeyd edib ki, vətəndaş bu halda ilk olaraq işəgötürənə müraciət etməlidir ki, maaşını həmin bankın kartına köçürməsin: "Başqa bankda hesab açsın, işəgötürəndən maaşı həmin hesaba köçürməsini tələb etsin. İşəgötürənin də buna etiraz etməyə haqqı yoxdur. Əmək Məcəlləsinə görə, maaşın alınması formasını işçi seçir. Eyni zamanda, işçi ərizə yazaraq həmin bankdakı hesabını ləğv edə bilər.

Burada da Mülki Məcəllə rəhbər tutulur. Mülki Məcəlləyə görə, müştərinin müraciəti əsasında bank hesabı müqaviləsinə xitam verilir.

Yəni, işçilər belə etməlidirlər, hər iki məhkəmə bu qərarı verməli idi".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et