Kosmosda çəkilən ilk "selfi" satışa çıxarıldı - QİYMƏT | Banco.az

Kosmosda çəkilən ilk "selfi" satışa çıxarıldı - QİYMƏT

Tamara Mustafayeva, Banco.az

Londonda fəaliyyət göstərən dünyaca məşhur "Christie'shərrac evi kosmosda çəkilən ilk selfini auksiona çıxarmağa qərar verib. 1966-cı ildə "Gemini 12" kosmik proqramı əsnasında Buzz Aldrin tərəfindən çəkilən ilk selfinin auksion qiyməti 4000 dollar təşkil edir. Tarixi baxımdan olduqca əhəmiyyətli yerə sahib olan bu fotoşəkil kosmosda çəkilən ilk selfi hesab olunur.

"Christie'shərrac evində təşkil ediləcək auksion zamanı NASA tərəfidən həyata keçirilən kosmik səfərlərdən ibarət xüsusi kolleksiya satışa çıxarılacaq. Auksionda 2 min 400-dən çox fotoşəkil yer alıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, auksiona çıxarılacaq fotoşəkillər arasında Neil Armstronqun Ayın səthində gəzdiyi əsnada çəkilən yeganə fotoşəkli və Dünyanın Ay səthinin arxasından yüksəldiyini əks etdirən "Dünyanın Doğuşu" adlanan rəmzi fotoşəkilə də yer veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: SpaceX ilk dəfə tam heyətlə kosmosa göndərildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et