Kosmik investisiya üzrə tarixi rekord qeydə alındı | Banco.az

Kosmik investisiya üzrə tarixi rekord qeydə alındı

Tamara Mustafayeva, Banco.az

Mərkəzi ofisi Nyu-Yorkda yerləşən "Space Capital" tərəfindən yayımlanan hesabata görə, kosmik şirkətlərə investisiya qoyuluşunun miqdarı ilin ikinci rübündə sektor üzrə 4.5 milyard dollara çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, milyarderlər arasındakı rəqabətin artması səbəbindən Kosmosa investisiya qoyuluşunun hər ötən gün daha da intensivləşdiyi qeyd edilən hesabatda Riçard Branson, Ceff Bezos və İlon Maskın bu sektora yatırım etməyi populyarlaşdırdığı vurğulanıb.

Üç aydan bir yayımlanan "Space Capital" hesabatında sektor üzrə investisiyalar infranstruktur, paylanma və tətbiq sahəsi olmaqla üç kateqoriyaya bölünür. Bu üç kateqoriyada 2012-ci ildən bəri məcmu qlobal kapital qoyuluşu üzrə 199.8 milyard dollara çatan 1553 şirkəti izləyən "Space Capital" 2021-ci ilin kosmik investisiyalarda zirvəyə çıxma potensialının yüksək olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ilk dəfə ötən ilin üçüncü rübündə kosmik şirkətlərə 3.9 milyard dollarlıq göstərici ilə bu günədək edilən ən yüksək investisiya qoyuluşu reallaşdırılmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et