2018-ci ilin ikinci rübündə korporativ qiymətli kağızlar bazarında 1 mlrd 517 mln əqd bağlanıb, bunların ümumi məbləği isə 1 mlrd 129 mln manat olub. Birinci rübdə isə bu göstərici 806 mln manat idi. Bu isə 40% artım deməkdir.
Korporativ səhm bazarında bu rüb 1 mlrd manatdan çox əqd bağlanıb, onların məbləği isə birinci rübə nəzərən artaraq 695 mln manat təşkil edib. İlkin bazarda mövcud olan səhmlərin məbləği 429 mln manat, təkrar bazarda 266 mln manat idi. Yəni səhmlərin 62%-i ilkin bazarda, 38%-i təkrar bazarda mövcud olub.
Korporativ istiqrazların məbləği isə 434 mln manat, əqdlərin sayı 513 milyondur. Keçən rübə nəzərən bu məbləğ 182% artıb. Korporativ istiqrazların təkrar bazarında ən çox payı manatla həyata keçirilən əməliyyatlar tutub (42%) , belə ki onların məbləği 183 mln manat olub. Maraqlı məqam ondadır ki, təkrar bazarda xarici valyuta ilə həyata keçirilən əməliyyatların sayı bazarda ən yüksək göstəriciyə malik olsa da ( 440 mln) , payı yalnız 25% olub yəni 108 mln manat.
Korporativ istiqrazların ilkin bazarı isə bu rüb zəif təsir bağışlayıb. Belə ki manata həyata keçirilən əməliyyatlar 23% (100 mln manat) , xarici valyuta ilə həyata keçirilən əməliyyatlar 10% (42 mln manat olub. Xatırladaq ki, keçən rüb ilkin bazarda xarici valyuta ilə həyata keçirilən əməliyyatlar 0 olmuşdur.