Koronavirusdan sonra təyyarələr yeni dizaynlı oturacaqlarla təmin olunacaq | Banco.az

Koronavirusdan sonra təyyarələr yeni dizaynlı oturacaqlarla təmin olunacaq

Əksər ölkələrdə koronavirusa yoluxma sayının azalması karantin rejiminin yumşaldılmasına, bəzi uçuşların bərpasına səbəb olub. Bir sıra ölkələr isə  uçuşlara başlayarkən təyyarələri virusa yoluxmanın qarşısını müəyyən qədər ala bilən yeni dizaynlı oturacaqlarla təmin etməyi düşünürlər.

Oturacaqların dizaynı əsasən, sosial məsafənin gözlənilməsini təmin edəcək. 

Universal Movement şirkəti yeni üçlü oturacaq dəstini paylaşıb. Bu dəstdəki orta oturacaq digərlərindən xüsusi sərhəd vasitəsilə ayrılıb. Şirkət rəhbəri bildirib ki, oturacaqların tibbi məzmun əks etdirərək sərnişinləri narahat etməsinin qarşısı alınacaq. Bu oturacaqların bir neçə ay ərzində uçuşları bərpa edən ölkələrdə satışa çıxarılacağı bildirilib. 

Biznes klass təyyarələr üçün isə xüsusi daha təhlükəsiz oturacaqlar hazırlandığı qeyd edilib.

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram