Kommersiya banklarının kredit üzrə faiz dərəcəsi AMB-nın uçot dərəcəsini üstələyir | Banco.az

Kommersiya banklarının kredit üzrə faiz dərəcəsi AMB-nın uçot dərəcəsini üstələyir

Yanvar-aprel ayları ərzində Azərbaycan banklarının kredit üzrə orta faiz dərəcəsi MB-ın uçot dərəcəsini 3,34 dəfə üstələyib. Qeyd edək ki, AMB uçot dərəcəsini may ayının 1-dən etibarən 4,25%-dək azaldıb.

Mərkəzi Bankdan verilən məlumata görə, yanvar-aprel aylarının yekunlarına görə Azərbaycan banklarının kredit üzrə orta faiz dərəcəsi milli valyutada 14,2% təşkil edib. 2013-cü ilin nəticələrinə görə isə bu göstərici 14,13%-ə barəbar idi. Kredit üzrə real faiz dərəcəsi isə (1.9%-lik illik inflyasiya çıxılmaqla) 11,73%-lə müqayisədə, 12,3% təşkil edib. Xarici valyutada kredit üzrə orta faiz dərəcəsi 14,39%-lə müqayisədə, 14,62%-ə bərabər olub.

AMB-nin məlumatına görə, milli valyutada hüquqi şəxslərin bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 11,52%-lə müqayisədə, 11,35%, real faiz dərəcəsi isə 9,12%-lə müqayisədə, 9,45% təşkil edib. Sərbəst dövriyyəli valyutada (SDV) isə müəssisələrə verilmiş kreditlərin faiz dərəcəsi 10,76%-lə müqayisədə, 10,8% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Milli valyutada fiziki şəxslərin bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 17,65%-lə müqayisədə, 17,59%, real faiz dərəcəsi isə 15,25%-lə müqayisədə, 15,69% təşkil edib. Sərbəst dövriyyəli valyutada (SDV) əhaliyə verilmiş kreditlərin faiz dərəcəsi 20,74%-lə müqayisədə, 20,64% təşkil edib.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et