Kommersiya bankları kredit verərkən faiz dərəcələrini qəsdən ağırlaşdırırlar | Banco.az

Kommersiya bankları kredit verərkən faiz dərəcələrini qəsdən ağırlaşdırırlar

“Son vaxtlar kommersiya bankları istehlak kreditlərinin verilməsində maraqlı olmadıqlarını açıq şəkildə büruza verirlər.”  - Bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

V.Bayramov açıqlamasında bildirib ki, Mərkəzi Bankın kommersiya banklarına son təzyiqlərindən və istehlak kreditlərinin ehtiyat normasının artırılması ilə bağlı son qərarından sonra banklar daha çox real sektorun maliyyələşdirilməsinə meyl göstərməyə başlayılar:

“Halbuki, bu sektorun indiki halda maliyyələşdirilməsi banklar üçün cəlbedici görünmür. Artıq banklar vətəndaşların istehlak kreditlərindən istifadə etməməsinə və müştəriləri süni şəkildə özlərindən uzaqlaşdırmağa çalışırlar. Mərkəzi Bankın faiz dərəcələrinin qaldırılmaması ilə bağlı son tövsiyələrinə baxmayaraq, bəzi banklar istehlak kreditlərinə tətbiq olunan komisyon haqlarını süni şəkildə qaldırmağa və bu haqları hesablanan faizə daxil etməyə başlayıblar. Bu haqların müəyyənləşdirilməsi və faiz dərəcələrinin yüksək olması, vətəndaşın növbəti aylarda ödəməli olduğu kreditin faizinin yüksək olmasına səbəb olur.”

Ən sərfəli kredit üçün müraciət et

Ekspert, son dövrlərdə bəzi bankların yubanmalarla bağlı şərtləri də qəsdən ağırlaşdırıqlarını da diqqətə çatdırıb: “Bəzi xarici ölkələrdə isə kommersiya bankları krediti götürən şəxs ödəməni gecikdirən zaman, ona qarşı inzibati cəzaları tətbiq etməməyə çalışırlar. Onlar daha çox təşviqedici metodlardan istifadə edərək, vətəndaşlara müəyyən güzəştlər verirlər ki, gecikmə zamanı belə kreditödəmə imkanlarına malik olsunlar. Azərbaycanda isə krediti yubadan şəxslərə qarşı yüksək faizlər tətbiq edilr.”

SalamNews

Ən sərfəli krediti almaq üçün müraciət et