"Kölgə iqtisadiyyatı" ilə mübarizə yolları axtarılır | Banco.az

"Kölgə iqtisadiyyatı" ilə mübarizə yolları axtarılır

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfransda "kölgə iqtisadiyyatı"nın azaldılması və şəffaflığın artırılması sahəsində ölkədə aparılan işlər, qarşıya çıxan problemlər və onların həlli yolları, bu sahədə mövcud beynəlxalq təcrübə və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbirdə Azərbaycan Respublikasının hökumət rəsmiləri, beynəlxalq miqyasda tanınmış nüfuzlu mütəxəssislər, ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. Müsahibimiz tədbirin qonağı, Latviya Ticarət və Sənaye Palatasının Şura üzvü Katrina Zarinadır.

- Katrina xanım, belə görüşlərin, beynəlxalq konfransların keçirilməsinin "kölgə iqtisadiyyatı" ilə mübarizə istiqamətində əməkdaşlığın inkişafına təsirini və ikitərəfli əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndirirəm. Burada müxtəlif ölkələrin iqtisadiyyatları bir araya gətirilir, ümumi problem ortaya qoyulur və birgə əməyin nəticəsində problemin həll yolları axtarılır. Birlikdə ümumi qərar tapmağa çalışılır. Bu bizə ölkələrimizin, vergi sistemlərimizin daha irəliyə getməsinə, ehtiyac yarandıqda qarşılıqlı təcrübə mübadiləsi üzrə istiqamətləri tapmağa və təyin etməyə kömək edir. Düşünürəm ki, "kölgə iqtisadiyyatı"na qarşı mübarizə ilə təcrübə mübadiləsi baxımından bizi maraqlandıran ortaq məsələlər var.

"Kölgə iqtisadiyyatı" ilə mübarizədə informasiya mübadiləsi böyük əhəmiyyət daşıyır. Biz bu prosesi yüksək səviyyədə qurmağa çalışırıq ki, prosesdə iştirak edən qurumlar nəzarət tədbirlərini insanları daha az narahat etməklə müəyyənləşdirilmiş müddətlərdə həyata keçirə bilsinlər. Bu forumda da müxtəlif ölkələrin "kölgə iqtisadiyyatı"nın azaldılmasına yanaşmaları və baxışları ilə tanış olduq. Latviyaya qayıtdıqdan sonra bizə maraqlı olan məqamları öz ölkəmizdə də tətbiq etməyə çalışacağıq.

- İndiki informasiya texnologiyaları dövründə "kölgə iqtisadiyyatı"nın mənfi təsirləri ilə mübarizədə və "kölgə iqtisadiyyatı"nın leqallaşdırılması prosesində vergi orqanlarının rolu nədən ibarətdir?

- Mən özüm biznesə dəstək təşkilatını təmsil edirəm. "Kölgə iqtisadiyyatı"nın səviyyəsinin artması biznesin inkişafına maneə olur, ortaya bir çox problemlər çıxır ki, nəticədə dövlət büdcəsinə gəlirlər azalır. Dövlət qurumları kifayət qədər gəlir əldə edə bilmirlər, gəlirlər itir.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün informasiya texnologiyaları sahəsindən insan faktoruna avtomotirizasiya gedir. Rəqəmsal iqtisadiyyata keçidin sürəti günbəgün artır. Rəqəmsal mühitdə "kölgə iqtisadiyyatı"nı izləmək, ona nəzarət etmək daha rahat və daha effektivdir. İnformasiya texnologiyalarının yaratdığı imkanların tətbiqi vergi inzibatçılığının yeni mərhələyə qədəm qoyması ilə nəticələnir. Vergi ödəyiciləri, vətəndaşlar və digər şəxslər subyektiv münasibətdən, neqativ hallardan tamamilə azad olur, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və işgüzar münasibətlər yaranır. Elektron vergi inzibatçılığı indi elə müasir formada qurulub ki, vergi ödəyicilərinin bütün əməliyyatları, vergi ilə əlaqədar öhdəlikləri real vaxt rejimində nəzarətdədir. Bu isə vergidən yayınma hallarının vaxtında aşkar edilməsinə, dövlət büdcəsinə ödəmələrin vaxtında təmin olunmasına və bununla da "kölgə iqtisadiyyatı"nın səviyyəsinin aşağı düşməsinə yardımçı olur.

- Kiçik sahibkarlıq subyektlərinin "kölgə" fəaliyyətinə qarşı mübarizə sisteminin inkişafında Latviya təcrübəsinin spesifik cəhətləri nədən ibarətdir?

- Biznesdə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri onlarda uçotun aparılmasını çətinləşdirir. Məsələn, kənd təsərrüfatında uçot hesabatlılığının olmaması bu sahənin xammalından istifadə edən emal, istehsal və satış sahələrində qeyd edilməmiş və "kölgə iqtisadiyyatı"nın mövcud olması riskini daha da artırır.

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə müasir qloballaşma və transmilli mütəşəkkil cinayətkarlığa münbit şəraitin yaranması ilə əlaqədar daha da güclənməkdədir. Bütün bunlar "kölgə iqtisadiyyatı" probleminə qarşı mükəmməl konsepsiyanın hazırlanması zərurətini doğurur. "Kölgə iqtisadiyyatı" probleminə qarşı tədbirlər görülməsi dərin elmi araşdırmaların aparılmasını və qabaqcıl dünya təcrübəsinin tətbiqini zəruri edir.

Biz kiçik biznesdə "kölgə iqtisadiyyatı" ilə mübarizə aparmaq üçün qanunvericilikdə dəyişikliklər etmişik. Ölkəmizdə nazirlik qurumları yeni bir fəaliyyət sistemi yaradıb. Bu sistemə Maliyyə Nazirliyi rəhbərlik edir. Nazirliklər bir şurada birləşərək, "kölgə iqtisadiyyatı" ilə mübarizə üsulları mövzusunda müzakirələr aparır, yollar axtarırlar.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et