“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs “MİDA” MMC ilə 5.4 milyon manatlıq müqavilə bağlayıb.
Banco. az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Bakı şəhərində, Hövsan Yaşayış Kompleksində 10 ədəd ikiotaqlı, 73 ədəd üçotaqlı olmaqla cəmi 83 ədəd mənzilin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 5 374 494 AZN təşkil edir.