Klaviaturda hər kəsin tanıdığı, amma heç vaxt işlətmədiyi düymə - O nə üçündür? | Banco.az

Klaviaturda hər kəsin tanıdığı, amma heç vaxt işlətmədiyi düymə - O nə üçündür?

Klaviaturda təcrübəli istifadəçilərin belə funksiyasını bilmədikləri bir neçə düymə var. Məsələn, sys rq, scrl lk, pause break və s.

Demək olar, kimsə bu düymələrdən istifadə etmir. Bəs onlara nə ehtiyac var?

Scroll Lock düyməsinin adı bütöv və ya qısaldılmış halda yazılır: sc lk, scrlk, yaxud slk. Standart klaviaturalarda, adətən, F1 - F12 sıralarının üst sətrində yerləşir. Notbuklarda bu düymənin yeri fərqli də ola bilər, hər istehsalçı buna müstəqil qərar verir. Bəzi modellərdə isə bu düymə, ümumiyyətlə, yoxdur. Bu halda, Scroll Lock funksiyası bəzi düymələrin kombinasiyası şəklində verilir.

Düymənin adından bəlli olur ki, sürüşdürmə ilə bağlı bəzi funksiyaları yerinə yetirir. Axı İngilis dilində scroll - sürüşmə deməkdir. Eyni zamada "siçan çarxı" da adlandırılır. Əvvəl o, ox düymələrin iş rejimini dəyişirdi. Sürüşmə kilidi funksiyası aktiv olduqda oxlar ekranı fırlatmağa başlayır və kursoru idarə etmir.

Düyməni yoxlamaq üçün Microsoft Excel və ya başqa bir elektron lövhə redaktoru, məsələn, pulsuz LibreOffice paketindən istifadə etmək mümkündür.

Reallığı nəzərə alsaq, Scroll Lock lazım deyil. Sürüşmə touchpad və ya siçan çarxı vasitəsilə həyata keçirilir.

Bu açarın altında bir işıq işarəsi var. Əksər istifadəçilər heç olmasa, bu səbəbdən bir dəfə açara diqqət yetiriblər. Ümumilikdə isə üç belə indikator var.

Ən sərfəli kredit üçün müraciət et

Çox maraqlı vəziyyət yaranır: artıq heç kimin bu düyməyə ehtiyacı olmasa da, öz indikatoru var. Maraqlıdır, İnternetdə bu göstəricidən istifadə edən KbLangLED proqramını tapa bilərsiniz. Dil seçimini dəyişdirəndə göstərici yanır. Beləliklə, hazırda hansı formanın aktiv olduğunu anlaya bilərsiniz. Bu proqram Windows 10-da işləsə də, sistem onu aktivləşdirməyə imkan vermir, təhdid kimi qəbul edir.

Qeyd edək ki, Scroll lock düyməsi, klaviaturun arxa işığını yandırmaq və söndürmək, iş rejimini dəyişdirmək kimi funksiyaları da icra edir.

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et