“Kiçik və orta biznes fəaliyyəti üçün sığorta növləri” mövzusunda vebinar keçirildi | Banco.az

“Kiçik və orta biznes fəaliyyəti üçün sığorta növləri” mövzusunda vebinar keçirildi

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən 12 fevral 2022-ci il tarixində “Kiçik və orta biznes fəaliyyəti üçün sığorta növləri, dünyada və Azərbaycanda olan sığorta fəaliyyətinin fərqlilikləri və inkişak tempi” mövzusunda vebinar keçirildi.

“Peşəkar Sığortaçı” (PSS) sertifikatının sahibi, “Azərbaycan Sığortaçılar Assosiasiyasında” (ASA) sığorta üzrə təlimçi Araz Əlaslanlının spikerliyi ilə təşkil olunan vebinarda kiçik və orta biznes fəaliyyəti üçün mövcud olan sığorta növlərinin əhəmiyyəti, hazırda ölkəmizdə və dünyada mövcud olan sığorta növü modelləri, həmçinin sığorta sektorundakı dəyişikliklər və gələcək inkişafı ilə bağlı mövzular müzakirə  edildi. İnteraktiv formada keçirilən vebinarın sonunda isə iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırıldı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram