KFC pandemiyaya uyğun yeni restoranlar açdı | Banco.az

KFC pandemiyaya uyğun yeni restoranlar açdı

Tamara Mustafayeva, Banco.az

CNN nəşrinin yayımladığı bir xəbərə görə, KFC avtomobillərə servis xüsusiyyətinin ön plana çıxarıldığı və insan təmasını məhdudlaşdıran yeni dizayna malik restoranlarını insanların bəyənisinə təqdim edib.

Fast-fud nəhəngi KFC şirkətinin ötən həftənin çərşənbə günü yayımladığı iki yeni dizayn nümunəsi istehlakçıların artıq restoranlarda yeməkdən daha çox təslimat xidmətinə üstünlük verdiklərini göstərir. Şirkət rəsmiləri bunun pandemiyadan əvvəl başlayan tendensiya olduğunu, ancaq pandemiya səbəbilə daha da sürətlə həyatımıza inteqrasiya etdiyini və sözügedən tendensiyanın müasir dizayna ehtiyac duyduğunu bildiriblər.

"Amerika Şoumeni" adlandırılan KFC mağazalarının mövcud dizaynı qarşıdakı dövrdə yerini iki yeni konsepsiyadan birinə verərək mərhələli formada ləğv ediləcək.

Sözügedən dizayn nümunələrindən biri qidalanma sahəsinin olmadığı daha kiçik ölçüyə malikdir. Digər nümunədə isə bu ilin üçüncü rübündə satışların 60%-ni təşkil edən avtomobilə servis xüsusiyyəti on plana çıxarılır. Bu dizayn biri mobil sifariş təslimatına ayrılan iki ədəd avtomobil servis zolağına sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: KFC pandemiya səbəbilə məşhur şüarını istifadə etməyəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et