Bu il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycan banklarının məcmu kapitalı 23,5 milyard manat olub. Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 15,3% və yaxud 3,12 milyard manat çoxdur.
9 ayın yekunlarına görə, bankların ümumi kredit porfeli 14,3% artaraq 17,13 milyard manat, nizamnamə kapitalı isə 13,8% artaraq 3,9 milyard manat təşkil edib.
Yanvar-sentyabrda əhalinin banklardakı əmanətləri 14,9% artımla 17,35 milyard manat olub. Bunun 5,1%-lik hissəsi sentyabr ayında yerləşdirilib.
Fins.az