Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2023-cü ildə 54 milyon 871 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2022-ci illə müqayisədə 12 milyon 774 min manat və ya 30.3% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 3.7 milyon manat və ya 21.9% artaraq 20.4 milyon manata çatıb. 2022-ci ildə bu növ üzrə yığımların məbləği 42.1 milyon manat, ödənişlərin məbləği isə 16.7 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!