Kasko - “Qarant Sığorta” | Banco.az

Kasko - “Qarant Sığorta”

Kasko sığortası yol-nəqliyyat hadisəsi, oğurluq, qarət, soyğunçuluq, yanğın, ildırım vurması, partlayış, təbii fəlakət, üçüncü şəxslərin qərəzli hərəkətləri və s. hadisələr nəticəsində avtomobilin dəyərinin və ya avtomobilin təmirinin dəyərinin ödənilməsini əhatə edir.

Xidmətlər:
• Yol-nəqliyyat hadisəsi nəticəsində evakuasiya xərcləri;
• Sığorta hadisəsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi;
• Zərər dəymiş avtomobilin rəsmi diler və digər texniki xidmət mərkəzlərində keyfiyyətli təmiri;
• Yol-nəqliyyat hadisəsi baş verdiyi halda məsləhət və texniki dəstək göstərən təmənnasız gecə-gündüz xidməti
Sığorta müqaviləsinin əhatə ərazisi - Azərbaycan Respublikası (Sığortalının seçimi ilə - bütün dünya).
Sığorta təminatı qanuna əsasən avtomobili idarə etmək hüququ olan bütün şəxsləri əhatə edir;

İstisnalar:
Sığorta şirkəti aşağıdakı hallar istisna olmaqla dəymiş maddi zərərin əvəzini avtonəqliyyat vasitəsinin sahibinə ödəyir:
• Sığortalının qəsdən edilmiş hərəkətləri;
• Hadisənin baş verməsi barədə üzürlü səbəblər olmadan Sığortaçının vaxtlı-vaxtında məlumatlandırmaması;
• Hadisə yerini məlumatlandırmamış tərk etməsi;
• Hadisə zamanı sığortalanmış avtomobilin spirtli, narkotik və ya toksik maddələrin təsiri altında idarə edilməsi;
•   Müvafiq sənəd (sürücülük vəsiqəsi, etibarnamə, texpasport) olmadan idarəetmə
• Sığortalı yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan üçüncü şəxsdən dəymiş zərərin əvəzini tam olaraq aldığı halda və s.

Ən sərfəli kredit üçün müraciət et

Tariflər
Tariflər maşının buraxılış ili, qiyməti və texniki vəziyyətinə görə dəyişə bilər. Məsələn, 10 min manat dəyərində olan 2000-ci ilin istehsalı olan “Mersedes C 200” markalı maşın üçün 4,2%-lik (420 manat) sığorta haqqı müəyyən edilir. Bu, azadolma məbləği (franşiza) 100 manat götürüldükdə qüvvədədir. Franşiza 300 manat götürülərsə, sığorta haqqı 385 manat təşkil edəcək. Sığorta haqqını hissə-hissə, 2-3 dəfəyə ödəmək də mümkündür.
Sığorta hadisəsi zamanı günah sığortalanan maşının sürücüsündə deyilsə, franşza tətbiq olunmur.
1999-cu ildən etibarən buraxılmış, qiyməti 6 min manatdan az olmayan maşınlar sığortalanır.

Təmir:
Müştəri şirkətin təklif etdiyi servislə razılaşmazsa, onda özü istədiyi servisdə bazar qiymətlərinə uyğun təmir edilə bilər. Müştərinin istəyindən asılı olaraq təmir xərcləri bazar qiymətlərinə uyğun nağd pul şəklində də verilə bilər.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et