Bir əvvəlki məqaləmizdə bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürməyin yollarını göstərdik. İndi isə bu üsullardan istifadə edərkən bankların tutduğu komissiya haqlarını sizə təqdim edirik.
Bəzi banklar öz bank kartları arasında pul köçürməsi zamanı komissiya tutmasa da, bəzi banklarda bu halda da komissiya tutulur. Onu da vurğulayaq ki, kartdan karta köçürmə edərkən kartın növündən (kredit və ya debet), ölkədaxili bank və xarici bank kartının olmasından asılı olaraq fərqlənir. Eyni zamanda, pul göndərərkən pulu alan kartın aid olduğu bank tərəfdən də komissiya tutulur. Bu zaman isə komissiyalar bankla yanaşı, kartın əmək haqqı, təqaüd kartı olmasından da asılı olaraq dəyişə bilir. Lakin bəzi banklarda isə əmək haqqı kartlarına pul köçürülməsinə bank tərəfindən məhdudiyyət qoyulur. Eyni zamanda, bu komissiyalar bankın məxsus olduğu prossesinq mərkəzindən (AzəriCard və ya Millikart) asılı olaraq da dəyişir.
Məqalədə qeyd olunan komissiyalar digər yerli bankın debet kartına pul köçürərkən göndərən bank kartına tətbiq olunur.
Həmçinin oxu: Banklar hansı kart prosessinq mərkəzləri ilə işləyir?
Həmçinin oxu: Bankların mobil tətbiqi vasitəsilə kartdan karta necə pul köçürmək olar?
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!