Karantin rejimi bitəndən sonra kimlər işə birinci çıxmalıdır? | Banco.az

Karantin rejimi bitəndən sonra kimlər işə birinci çıxmalıdır?

Bloomberg yazır ki, Warwick Universitetinin alimləri dünya koronavirus infeksiyasından qurtulduqdan sonra 30 yaşa qədər gənc insanların iqtisadiyyatı bərpa etməli olduğunu hesab edir. Britaniya universitetinin professorları Endryu Osvald və Nattavudh Poudsavi təklif irəli sürüblər: Koronavirusun tənəzzülə uğratdığı iqtisadiyyatı milleniallar və zumerlər dirçəltməlidir. Onlar bu təklifi “epidemiologiya ilə iqtisadiyyat arasındakı balans” adlandırırlar. Alimlər gənclərin koronavirusdan yaranan ağırlaşmalara daha az meylli olduqlarını vurğulayırlar. Odur ki, ilk növbədə məhz onların özünüizolyasiyadan çıxıb işə başlamaları məqsədəuyğun olar.

Həmçinin oxu: Karantin dövründə pulunuza necə qənaət edə bilərsiniz?

Endryu Osvald və Nattavudh Poudsavi yekdil şəkildə bildirir ki, gənclər kiçik müəssisələri, restoranları, nəqliyyat xidmətlərini yenidən qura və ya aça, maşın, ev və s. ala və sata biləcək qrupa çevrilə bilərlər. Eyni zamanda tədqiqatçılar qeyd edir ki, həmin gənclər bir sıra qaydalara əməl etməli olacaqlar. Xüsusilə virus səbəbindən ağırlaşmalara meylli yaşlı ailə üzvləri ilə eyni evdə yaşamaq qadağan ediləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et