Kapitalın ota çəkili dəyəri və ya maliyyəti (WACC) müəssisənin əldə etdiyi kapitala görə kreditorlara və səhmdarlara ödənməsi gözlənilən orta xərc dərəcəsidir. WACC-ın ümumi düsturu belədir:
Burada, N-borc mənbələrinin (qiymətli kağızların) sayını, MV-borc kapitalının bazar dəyərini, r- isə faiz dərəcəsini (required rate of return) göstərir.
Əgər müəssisə maliyyələşmə mənbəyi kimi yalnız borc (debt) kapitalından və cəlbolunmuş (səhm) kapitaldan istifadə edirsə o zaman düstur belə olacaqdır:
WACC=E/V×Re+D/V×Rd×(1-Tc)
Burada :
Re = səhmlərə görə ödənilən faiz dərəcəsi
Rd = borca görə xərc
E = müəssisənin səhmlərinin bazar dəyəri
D = müəssisənin borclarının bazar dəyəri
V = E + D = müəssisənin maliyyələşmə mənbələrinin (səhm və borc kapitalı) ümumi bazar dəyəri
Tc = vergi dərəcəsini göstərir.
Məsələn, müəssisə 8000manat həcmində səhm kapitalı (E) cəlb etmişdir, bankdan isə 2000 manat kredit (D) götürmüşdür. Səhmə görə müəssisənin səhmdara ödədiyi faiz dərəcəsi(dividend) 12.5%-dir(Re), kreditə görə isə banka 6% dərəcəsi ödəyəcəkdir. Vergi dərəcəsi isə 40%-dir (Tc). WACC=8000/(8000+2000)×0.125+2000/(8000+2000)×0.06×(1-0.4)=0.1072 Burada WACC 10.72% olacaqdır.