"Kapital Bank" Bank sahəsində işləmək istəyənlər üçün yeni vakansiyalar elan edib. Öz kariyerasını "Kapital Bank"da qurmaq istəyənlər buyurub vakansiyalarla tanış ola bilərlər.
- Qaradağ Filialının Ələt qəsəbəsində yerləşən Kassa şöbəsində vakansiya
- Müştərilərə xidmət şöbəsinin mütəxəssisi (Ağdaş, Beyləqan)
- Kredit şöbəsinin mütəxəssisi
- Müştəri Əlaqələndiricisi
- Filial müdiri
- Biznes Proseslər üzrə Aparıcı Mütəxəssis
- Əməliyyatların uçotu və nəzarət şöbəsinin Mütəxəssisi
- Əməliyyat Departamentinin Sərəncamların və ödəniş tapşırıqlarının yığımı şöbəsinin Mütəxəssisi
- Problemli Kreditlərin İlkin Təqibi departamentində Kiçik mütəxəssis
Vakansiyalara baxmaq üçün adların üzərinə klikləyin.
Qeyd edək ki, "Kapital Bank" Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda "Kapital Bank" Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan "Kapital Bank" hazırda 2 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, "Kapital Bank" dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.