Kapital Bank
Filial müdiri
Vakansiya haqqında məlumat:
Kapital Bank namizədləri Filial müdiri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Filialın fəaliyyətinə rəhbərlik etmək, tabeçiliyində olan şöbələrin qarşılıqlı münasibətini əlaqələndirmək;
- Bankın İdarəetmə Orqanlarının qərarlarını, İdarə Heyəti Sədrinin əmr və sərəncamlarını icra etmək;
- Bankın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirilməsi;
- Filialın müştəri bazasının yeniləşdirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ bank məhsullarının satışını təşkil etmək;
- Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
- Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
- Filiallara etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək; və s.
Tələblər
- Ali İqtisadi və ya hüquqi təhsil;
- Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
- Mərkəzi Bankın attestasiyasından keçməli;
- Qüvvədə olan bank qanunvericiliyini və MB-in təlimatlarını bilməli;
- Qüsursuz vətəndaş olmalı (şəxsi, mənəvi keyfiyyətlər);
- Biznesin inkişafı bacarığı;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
- MS Office-dən istifadə bacarığı;
- Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
- Strateji və analitik düşünmə qabiliyyəti;
- Liderlik qabiliyyətinin olması;
Müraciət etmək üçün buraya klikləyin.