Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı | Banco.az

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı

8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25 000 000 (iyirmi beş milyon) ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib. İstiqraz sahibi olmaq istəyən müştərilər 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzində ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər.

Kapital Bank-ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Ərtaflı məlumat üçün: https://kbl.az/diy  

Xatırladaq ki, 2024-cü ildə Kapital Bank-ın ümumi həcmi 145 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 7 istiqraz emissiyası baş tutub. Eyni zamanda bank ötən il ilk dəfə olaraq filiallarda da istiqrazların abunə yazılışını həyata keçirməyə nail olub. Ümumilikdə 450-dən çox investorun iştirak etdiyi abunə yazılışlarında fiziki şəxslər öz aktivlikləri ilə seçiliblər. Bankın istiqrazları təkrar bazarda da aktiv ticarət olunub. Ötən il ərzində investorlar arasında 52 milyon manatdan çox ticarət aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.