Kapital Bank-ın aktivləri 10 milyard manata çatır | Banco.az

Kapital Bank-ın aktivləri 10 milyard manata çatır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin ən böyük banklarından biri olan Kapital Bank-ın xalis mənfəəti cari ilin 1 iyul tarixinə 123 milyon 919 min manat təşkil edib.  

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ilin iyunun sonuna Kapital Bank-ın aktivləri illik müqayisədə 2 milyard 40 milyon 135 min manat və ya 25,7% artaraq 10 milyard manata yaxınlaşıb (9 milyard 984 milyon 543 min manat).   

2024-cü ilin birinci yarısında Kapital Bank-ın kredit portfeli 4 milyard 783 milyon manat, depozit portfeli isə 7 milyard 601 milyon manat olub. Bunlar da 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,2 milyard manat (34,8%) və 1,4 milyard manat (21,8%) çoxdur.  

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram