Kanada "TikTok"un ölkədəki kommersiya fəaliyyətinə qadağa qoyub | Banco.az

Kanada "TikTok"un ölkədəki kommersiya fəaliyyətinə qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada “təhlükəsizlik risklərini” əsas gətirərək “TikTok”un ölkədə kommersiya fəaliyyətini qadağan edib.

Banco.az xəbər verir ki, Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Fransua-Filip Şampan Çinin sosial media platforması “TikTok” ilə bağlı açıqlama verib.

Nazir Şampan "təhlükəsizlik risklərini" əsas gətirərək “TikTok”un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlayıb.

Bununla belə, Kanada vətəndaşlarının tətbiqdən istifadə etməyə və məzmun istehsal etməyə davam edə biləcəyini dilə gətirən Şampan bildirib ki, vətəndaşların öz kibertəhlükəsizliyinə diqqət yetirmələri və sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələri vacibdir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, may ayında Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Viqnolt “TikTok” sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməyə çağırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram