Kanada qarşıdakı 20 il ərzində müdafiəyə 53,3 milyard dollar xərcləyəcək | Banco.az

Kanada qarşıdakı 20 il ərzində müdafiəyə 53,3 milyard dollar xərcləyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Kanada növbəti iyirmi il ərzində müdafiəyə 73 milyard Kanada dolları (53,3 milyard dollar) xərcləmək niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə baş nazir Castin Trüdo Vaşinqtonda NATO sammiti çərçivəsində çıxışı zamanı bildirib.

"Bizim yeni müdafiə siyasəti baxışımız növbəti iyirmi il ərzində müdafiə sahəsinə 73 milyard Kanada dolları sərmayə qoyulmasını tələb edir. Bu, Kanadanın alyansa sarsılmaz sadiqliyini nümayiş etdirir", - Trüdo deyib.

Onun sözlərinə görə, bu vəsait digər məsələlərlə yanaşı, Kanadanın komandanlığı altında Latviyadakı çoxmillətli NATO batalyonunun döyüş hazırlığını saxlamaq və ukraynalı hərbçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Baş nazirin sözlərinə görə, Ottava 2015-ci ildə ÜDM-in 1%-dən azını təşkil edən müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram