“Kakao böhranı” nə vaxta qədər davam edəcək? | Banco.az

“Kakao böhranı” nə vaxta qədər davam edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada 2024-cü ilin aprel ayına qədər kakao paxlasının qiyməti 1il ərzində iki dəfədən çox artıb.

Fil Dişi Sahili və Qanada istehsal üçün problem yaradan pis hava şəraiti səbəbindən bir çox treyderlər bu ölkələrdə istehsalın uzunmüddətli azalmasından qorxurlar. 

Kakaonun qiymətinin qalxması Malayziya, Almaniya və Çikaqodakı fabriklərin  bağlanmasına səbəb olub. Məsələ ondadır ki, likvidliyin olmaması səbəbindən  bazar dəyişkən qiymət dalğalanmalarından əziyyət çəkməyə başlayıb.

Əmtəə bazarlarını təhlil etmək üçün süni intellektdən istifadə edən ChAI platformasının baş icraçı direktoru Tristan Fletcher bildirib ki, böhranın təsiri uzun müddət davam edə bilər:

“Spekulyativ oyunçular dəyişkənliyi artırır. Bu o deməkdir ki, bazarlarda qiymətin dalğalanma ehtimalı daha yüksəkdir”.

Kakao qiymətlərindəki sürətli və ciddi artım Qərbi Afrika fermerlərindən tutmuş Avropalı əmtəə brokerlərinə və Amerika konfet istehsalçılarına qədər məhsulun qlobal tədarük zəncirində problemə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Kakao fyuçerslərinin ticarət həcmi tarixən aşağı səviyyələrdə olub.

Beynəlxalq Kakao Təşkilatının (ICCO)  proqnozlarına görə, 2023-24-cü illərdə istehsal tələbdən 374 min metrik ton geri qalacaq ki, bu da  ardıcıl üçüncü kəsir olacağı deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et